Xəbər verdiyimiz kimi, bu gün Mosul əməliyyatları başlanıb.
Türkiyə mediasının yaydığı məlumata görə, İraq ordusu ilə yanaşı əməliyyatlara 2 min sünni döyüşçü qatılıb. Bu döyüşçülər Türkiyə ordusu tərəfindən hazırlanıb. Bununla bağlı Mosulun sabiq valisi və Ninova ordusunun komandiri Esil Nuceyfi danışıb.
Saat 09:25
İraqın Mosul əyalətinin İŞİD terror qruplaşmalarından azad edilməsi üçün əməliyyatlara başlanılıb.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı İraqın baş naziri Heydər əl-İbadi məlumat verib.
Dövlət televiziyasında çıxış edən baş nazir bildirib ki, əməliyyatlarda yalnız İraq ordusu və polis qüvvələri iştirak edir.
Qeyd edək ki, Mosul 2014-cü ildən İŞİD terrorçularının nəzarətindədir.
Samir