17 Oktyabr 2016 15:05
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Mosul şəhərinin azad edilməsi üçün İŞİD terror təşkilatına qarşı əməliyyatlarla bağlı ilk rəsmi məlumat yayılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər evrir ki, bununla bağlı Mosul əməliyyatlarının yüksək rütbəlisi Helqurt Hikmət açıqlama verib.

Onun sözlərinə görə, İŞİD-ə qarşı hücumlar 3 istiqamətdən eyni zamanda təşkil olunub. Bunlar Hazır, Güvər və Geyyara cəbhələri olub. Döyüşlərə 30 min peşmərgə qatılıb.

İlk hücum zamanı 11 kənd azad olunub. 6 kamikazde zərərsizləşdirilib. Hikmət bildirib ki, ümumilikdə Peşmərgə qüvvələri 20 kilometr irəliləyib.

Peşmərgə qüvvələri əməliyyatları davam etdirdikləri bir vaxtda beynəlxalq koalisiyaya aid qüvvələr İŞİD hədəflərini bombalayıb.

Bu arada, İraq mediasında Mosul əməliyyatlarının ilk görüntüləri yayımlanıb.

Həmin videonu təqdim edirik:

Samir


Müəllif:

Oxşar xəbərlər