23 Oktyabr 2016 00:12
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vaşinqton və Bağdadın şiə döyüşçülər və PKK-nın Mosulun İŞDİ-dən azad edilməsində iştirak etməyəcəyi barədə vədləri bizi qane etmir. Biz zərurət olacağı halda bu istiqamətdə tədbir görəcəyik".

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım
bildirib.

"Türkiyə İraqdakı situasiyadan kənarda qala bilməz. Bizim İraqla 350 km-lik sərhədimiz var. Biz kütləvi ölümlərə, potensial qaçqın dalğasına, sərhəd bölgəsində qarşıdurmalara biganə qala bilmərik. Lazımı anda tədbir görəcəyik. ABŞ və İraqın vədləri bizi qane etmir", Türkiyə baş naziri NTV-nin efirində deyib.

O, əlavə edib ki, söhbət Mosulda quru əməliyyatlarında iştirakdan getmir, Lakin Türkiyə Hərbi-Hava Qüvvələri hava əməliyyatları keçirməyə hazırdır.

Nihad


Müəllif:

Oxşar xəbərlər