ABŞ İraqın Mosul şəhərindən sonra hərbi əməliyyat aparacağı bölgənin adının açıqlayıb. Teleqraf.com xəbər verir ki, ABŞ müdafiə naziri Eşton Karter bildirib ki, Mosuldan sonra Rakkaya aviazərbə endiriləcək.
"Rakkanın İŞİD-dən azad edilməsi üçün müttəfiqlərimizlə birlikdə əməliyyata hazırlaşırıq", deyə Eşton Karter bildirib. Müdafiə naziri qeyd edib ki, Rusiya əməliyyatlara cəlb edilməyəcək. Əməliyyatlarda Suriyanın müxalif gücləri əsas rol alacaqlar.
Ruslan