31 Oktyabr 2016 16:43
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç günlük fasiələdən sonra İraq ordusu Mosul əməliyyatlarına davam edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı İraq ordusunun rəsmisi Reuters agentliyinə açıqlama verib.

Onun sözlərinə görə, 3 gün müddətində ordu azad etdiyi ərazilərdə möhkəmlənib: "Hücumlarda peşmərqə qüvvələri də iştirak edir. Ümumilikdə hücumlar 3 cəbhədən təşkil olunub. Hazırda əsas məqsəd Telkeyf rayonunu azad etməkdir".

Bu arada, İraq ordusunun Mosul şəhərinin şərq hissəsində yerləşən əl-Karama rayonuna daxil olduğu ilə bağlı məlumatlar yayılıb.

Qeyd edək ki, oktyabrın 17-də başlanan Mosul əməliyyatlarında 61 kəndin terrorçulardan təmizləndiyi bildirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər