31 Oktyabr 2016 20:11
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salvador prokurorları bildirir ki, sabiq prezident Toni Saka qanunsuz yolla zənginləşməkdə və çirkli pulların yuyulmasında təqsirli bilinərək həbs edilib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Saka idman radiosunun sabiq aparıcısı olub və 2004-2009-cu illər arası Millətçi Respublikaçı Alyans siyasi partiyasından prezidentlik vəzifəsinə seçilib. O, ötən şənbə günü həbs edilib.

Rəsmilərə istinadən onun hakimiyyəti dövründə fərqli vəzifələrdə çalışan altı digər rəsmi də həbs edilib.

Prokurorlar deyib ki, Saka ofisdə olduğu müddətdə əldə etdiyi 6.5 milyon ABŞ dollarından 5 milyonunun əldə edildiyi mənbə barədə açıqlama verməyib.

O, ofisə seçilərkən 3.6 milyon dolları olduğunu elan etmişdir. Beş il sonra isə onun pulunun miqdarı 13.1 milyon dollara qədər artmışdı.


Müəllif:

Oxşar xəbərlər