İraqda türkmənlərin yaşadığı Telafer şəhərinə qarşı təhlükənin artdığını nəzərə alan Ankara "C planı"nı işə salıb.
Teleqraf.com "Yeni Şafak" qəzetinə istinadən xəbər verir ki, planda əsas məqsəd türkmənlərin qorunmasıdır və bunun üçün Türkiyə tankları İraqla sərhədə yerləşdirilib.
Tankarın Şırnakın Silopi bölgəsinə yerləşdirilməsinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binali Yıldırımın Beştəpədə təşkil etdiyi təhlükəsizlik şurasının iclasından sonra başlanıb.
Məsələ ilə bağlı açıqlama verən müdafiə naziri Fikri Işık bunları deyib: "Bölgədə vacib irəliləyişlər var. Bir tərəfdən Türkiyənin daxilində terrorla mübarizə gedir, digər tərəfdən sərhədlərimizin yaxınlığında ciddi proseslər baş verir. Bütün bunlara hazır olmaq üçün çalışmalıyıq. Türkiyənin bölgədə "qırmızı xətt"ləri var. Bu xəttlər aşılsa, Türkiyə bütün lazımi addımları atacaq".
İddialara görə, Mosul və Telaferdən 2 saat uzaqlıqda olan Silopiyə hərəkət edən tanklar buradan Şimali İraqın Duhok bazasına daşınacaq.
Samir