5 Noyabr 2016 11:52
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) deputatlarına qarşı təşkil edilən əməliyyatdan sonra Almaniyada bu partiyanın fəalları aksiyalara başlayıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Çingiz Cura adlı türkiyəlinin 3 mərtəbəli evi dünən 10 nəfər fəal tərəfindən molotov kokteyli ilə hücuma məruz qalıb.

Naməlum şəxslər evin girişində yerləşən çayxananı hədəf alıblar. Hücum nəticəsində çayxananın şüşələri qırılıb, kiçik yanğın əmələ gəlib.

Türk vətəndaşının sahibi olduğu binanın ikinci mərtəbəsində alman ailənin yaşadığı, onların evinin də zərər gördüyü bildirilir. Polis dərhal hadisə yerinə gəlsə də, üzündə maska olan qrup üzvləri qaçaraq ərazini tərk edib.

Polislər cinayətkarların tapılması üçün vertolyotla axtarışa başlayıb.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər