Türkiyə məhkəməsi Demokratik Bölgələr Partiyasının (DBP) həmsədri Səbahat Tuncelin barəsində həbs qətiimkan tədbiri seçib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, S. Tuncel noyabrın 4-də Xalq Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ və digərlərinin həbsinə etiraz olaraq Diyarbəkir Məhkəməsinin qarşısındakı aksiyada iştirak zamanı saxlanmışdı.