Sabah ABŞ-da prezident seçkiləri keçiriləcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 45-ci prezidentlik uğrunda Demorkatlar partiyasından olan Hillari Klinton və Respublikaçıların namizədi Donlad Tramp mübarizə aparacaq.
Seçki məntəqələri yerli vaxtla 06:00-da açıqlacaq və seçki prosesi 19:00-dək davam edəcək. Ölkənin 37 ştatında erkən səsvermələrdə 40 milyon insan iştirak edib. Ümumilikdə isə seçkilərdə 230 milyon seçicidən 150 milyonunun iştirakı gözlənilir.
ABŞ-da namizədlər prezident seçkilərində yüksək səs toplamaqla yanaşı, seçilmişlərin də səslərini qazanmalıdırlar. Ölkədə ümumilikdə 538 seçilmiş şəxs var və hər hansı namizəd onların 270-nin səsini qazanmalıdır. Ən çox seçilmiş şəxsi olan ştat Kaliforniyadadır.
Bu ilki seçkilərdə ən maraqlı nəticələrin Ohaya, Florida, Şimali Karolina, Virciniya və Pensilvaniya ştatlarında olacağı gözlənilir.
Aparılan son sorğunun nəticələrinə görə, Klinton Trampı 4 faiz qabaqlayıb. Məlumatlara görə, sonuncu gün Klinton 3, Tramp 5 ştatda seçiciləri ilə görüşəcək. Klinton Şimali Karolina, Miçiqan, Pensilvaniyada olacaq. Filadelfiyada Klintona ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama da dəstək olacaq.
Tramp isə Florida, Şimali Karolina, Pensilvaniya, Miçiqan və Nyu-Hampşir ştatlarında seçicilərinə səslənəcək.
Namizədlər seçki prosesini Nyu-York şəhərindən izləyəcək.
Bu arada, seçkilərə 1 gün qalmış Federal Təhqiqatlar Bürosu (FTB) Klintonun elektron poçtu ilə bağlı son nəticələri açıqlayıb. Araşdırmanın nəticələrinə əsasən, FTB Klitnonun məktublarında cinayət tərkibi aşkar etməyib.
Samir