9 Noyabr 2016 00:25
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezident seçkilərində vaxtından əvvəl keçirilən səsvermədə Demokratlar Partiyasından olan namizəd Hillari Klinton liderdir. O, seçkilərin yekun nəticəsinə təsir edə biləcək ştatlardan üçündə liderdir.

Teleqraf.com BBC-yə istinadla bu barədə “Slate” nəşri məlumat yayıb.

Məlumata görə, Florida ştatı üzrə Klinton Trampa nisbətən 100 mindən çox səs üstünlüyünə malikdir. Burada vaxtından əvvəl səs vermiş 3,7 mln. seçicidən 48,3 faizi Klintona, 45,5 faizi isə Trampa səs verib.

Nevadada Klinton Trampı təxminən 32 min səslə, Ohayoda – 53 min səslə qabaqlayır. Ohayoda seçicilərin 47,8 faizi Klintonu, 43,9 faizi isə Trampı, Nevadada Klintonu 46 faiz, Trampı 45,4 faiz seçici dəstəkləyib.

Koloradoda Klinton 46,3 faiz, onun rəqibi isə 2,7 az səs toplayıb.

Pensilvaniyada isə Donald Tramp Hilari Klintonu qabaqlayıb.


Müəllif: