9 Noyabr 2016 02:33
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahı Nevada ştatında səsvermə zamanı qanun pozuntularına yol verildiyinə görə məhkəməyə şikayət edib.


APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, şikayət seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Nevada ştatının dairələrindən birində seçki məntəqələrinin vaxtında bağlanmaması ilə bağlıdır.

“Şikayət Klark dairəsində (Nevada ştatı) seçicilərin qeydiyyata alınması üzrə məsuliyyətli şəxs Co P.Qloriaya qarşı verilib. Məlumatımıza görə, o, məntəqələrin işini nəzərdə tutulmuş vaxtdan iki saat gec başa çatdırmağı qərara alıb”, - deyə qərargahdan telekanala bidirilib.

CNN telekanalı bundan əvvəl şikayətin məntəqələrin işini nəzərdə tutulmuş vaxtdan tez başlaması ilə bağlı olduğunu bildirmişdi.

Bundan başqa, Trampın qərargahı qeyd edir ki, Klark dairə seçki komissiyasının əməkdaşları səsvermənin nəticələrini təhrif etmək məqsədi ilə öz vəzifələrini Demokratlar Partiyasının fəalları ilə əlaqələndirərək icra edirlər.


Müəllif: