10 Noyabr 2016 19:39
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda hökumət binasının önündə etiraz aksiyası keçirilir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, etirazçılar "Nairit" zavodunun keçmiş əməkdaşlarıdır.

Onların əsas tələbi zavodun yenidən fəaliyyətə başlamasıdır. Aksiyaya zavodun təhlükəsizlik işçilərinin əməkdaşları da qoşulublar:

"88 nəfər işsiz qalıb və əsas arqumentləri də odur ki, bizi polislər əvəz edəcək və onlara daha az maaş veriləcək. Bizə 12 min dram (250 ABŞ dolları) ödənilirdi. 88 nəfərin əvəzinə 120 polis işə götürüldü. Bunun harası qənaətdir? Bu, zavodun zəifləməsi və bağlanması üçün atılan addımdır. Biz sona qədər mübarizə aparacağıq".

Samir


Müəllif:

Oxşar xəbərlər