Latviya Belarus ilə sərhəddə hasar çəkəcək. “Report” RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Baltik ölkənin sərhəd xidmətinin rəisi Normund Qarbars məlumat verib.
Onun sözlərinə görə, hasar çəkməkdə əsas məqsəd ölkəsini Belarusdan gələn qanun pozucularından qorumaqdır.
"Dövlət büdcəsində növbəti il üçün Latviya və Belarus arasında dövlət sərhəd xəttinin yenidən qurulması layihəsi üçün vəsait nəzərdə tutulub",- Qarbars bildirib. Lakin bu məqsəd üçün nəzərdə tutulan vəsaitin həcmini sərhəd xidmətinin rəisi açıqlamayıb.