14 Noyabr 2016 13:40
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krımdakı hərbi obyektlərdə təxribat törətməyə hazırlaşan və noyabrın 10-da Sevastopolda saxlanılan Ukrayna Müdafiə Nazirliyinin diversiya qrupunun üzvləri istintaqa ifadə verib.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, dindirilmə zamanı həmin şəxslər əməllərini etiraf ediblər. Onlar bildiriblər ki, Krımda yerləşən hərbi obyektlərlə bağlı kəşfiyyat məlumatları toplamalı və burada təxribat törətməli idilər.

Saxlanılanlar Ukrayna Müdafiə Nazirliyinin əməkdaşları olduqlarını da etiraf ediblər.

Qeyd edək ki, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları noyabrın 9-da Sevastopol şəhərində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin diversiya qrupunun üzvlərini saxlayıblar. Onlar Krım yarımadasındakı hərbi infrastrukturlarda və mühafizə olunan obyektlərdə təxribat aktları həyata keçirməyi planlaşdırıblar. Bildirilib ki, saxlanılanlardan güclü partlayış qabiliyyətinə malik partlayıcı maddələr, silah-sursat, xüsusi rabitə vasitələri, həmçinin təxribat aktının həyata keçirlməsi planlaşdırılan obyektlərin xəritə-sxemi götürülüb.

Samir


Müəllif:

Oxşar xəbərlər