16 Noyabr 2016 14:01
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tramp terrorçularla mübarizə aparacaqsa, təbii ki, Rusiya, İran və başqa ölkələr kimi ABŞ-la da müttəfiq olacağıq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın yeni prezidenti Donald Trampla əməkdaşlıq imkanları barədə danışarkən deyib.

O, Trampın gələcək fəaliyyətinin necə olacağı barədə bir söz deyə bilməyəcəyini söyləyib: “ABŞ rəhbərliyi tarazlıq qoruyan güclər və ona qarşı olan media ilə necə məşğul olacaq? Bu, bizim üçün hələ mübhəmdir”.

ABŞ-ın Suriya böhranı ilə bağlı yürütdüyü siyasəti tənqid edən Bəşər Əsəd qeyd edib ki, Birləşmiş Ştatlar dünyanın hakimi olduğunu düşünür: “Elə güman edirlər ki, polisdirlər. Özlərini dünyanın hakimi sayırlar. Amma elə deyil”.

O, Trampın İŞİD-lə mübarizə aparacağı barədə mesajının ümidverici olduğunu əlavə edib: “Amma bunu yerinə yetirə biləcəkmi?”

Kəmalə


Müəllif:

Oxşar xəbərlər