"ABŞ-da keçirilən prezident seçkilərinə təsir edən kiberhücumlara görə Rusiyaya qarşı istintaq başlanması vacibdir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın Respublikaçılar partiyasından olan senatoru Syuzan Kollinz deyib:
"Bu məsələlərlə bağlı araşdırma aparılmalıdır. Biz inanırıq ki, Rusiya noyabrın 8-də baş tutan seçkilərə kiberhücumlar vasitəsilə təsir göstərib. Buna görə Rusiya prezidenti Vladimir Putin cəzalandırılmalıdır".
Senator əlavə edib ki, yeni seçilmiş prezident Donald Tramp ilə senat üzvləri arasında böyük fikir ayrılıqları var: "Mən çalışacam ki, prezidentə işlərində yardım göstərim. O, ABŞ üçün səhv addımlar ata bilər".
Samir