Xəbər verdiyimiz kimi, Hindistanın şimalında sərnişin qatarı qəzaya uğrayıb.
Hadisə nəticəsində ölənlərin sayı 142-ə çatıb. Bununla bağlı "Indian Express" qəzeti məlumat yayıb. Ölənlərin hamısı Hindistan vətəndaşıdır. İlkin ehtimallara görə, qəzaya səbəb qatarın həddən artıq yüklənməsi olub. Belə ki, 1000 nəfər sərnişin daşımaq gücünə malik qatara 1700 nəfər mindirilib. Ağırlığa tap gətirməyən vaqonlar aşıb.
2016-11-20 12:57
Hindistanın şimalında sərnişin qatarı vaqonlarının relsdən çıxması nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, NDTV telekanalı bildirib. Hadisə nəticəsində 200 nəfərdən artıq adam xəsarət alıb.
09.25
Hindistanın şimalında sərnişin qatarı vaqonlarının relsdən çıxması nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb.
Teleqraf.com-un Frans Press-ə istinadən xəbərinə görə, bu barədə yerli polisin nümayəndəsi Dalcit Sinqhx Çaudari bildirib.
Qatarın 14 vaqonunun relsdən çıxdığı bildirilir.
Nihad
***
Hindistanın şimalında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 60-a çatıb, 150 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə “Frans Press”ə Kanpur şəhərinin polis rəisi Zəki Əhməd bildirib.
İnsident Pukrayan şəhəri yaxınlığında baş verib. Qəzanın səbəbi hələlik məlum deyil. Qəzanın relsin sınması nəticəsində baş verməsi istisna olunmur.