20 Noyabr 2016 15:40
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sualınızın bu iclasa heç bir dəxli yoxdur, rədd edirəm”.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü NATO Parlamentar Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında PA-nın Ermənistandan olan üzvü Mikayel Melkumyanın sualına cavab verməyi rədd edib.

Nazir Özlünün sessiyada Türkiyənin NATO ilə sənaye və texnologiya sahəsindəki çıxışından sonra ona “Soyqırım”ı qəbul etməyi düşünürsünüzmü? Azərbaycan aprelin əvvəlində əməliyyatlara başladı, bizim çox böyük itkilərimiz və zərərimiz var. Sizin iqtisadiyyatınız böhran vəziyyətində olduğu halda DAEŞ-ə niyə dəstək verirsiniz?” suallarını əvvəlcə iclasın sədri mövzu ilə əlaqəsi olmadığına görə rədd edib.

Daha sonra söz alan elm, sənaye və texnologiya naziri Faruk Özlü isə erməni millət vəkilinə belə cavabı verib :”Biz burada elm, sənaye və texnologiya barədə danışırıq. Sizin sualınızın bu məsələlərlə heç bir əlaqəsi olmadığına görə, cavab verməyi rədd ediriəm. ”Soyqırım” böyük bir yalandır, bu məsələni burada qaldırmağınız qətiyyən yersizdir. Yazıqlar olsun”.

Nazir Özlüdən sonra söz alan AKP Rizə millət vəkili Osman Aşkın Bak isə erməni millət vəkilini tənqid edərək deyib :”Siz hər iclasda bu məsələlər barədə danışırsınız. Elə isə burada söhbət sənaye və texnologiyadan gedir. Suallarınız tamamilə yersiz olduğu kimi, bizi kiməsə dəstək verməkdə günahlandırmaqda da haqsızsınız. Biz indiyə qədər 3500 DAEŞ üzvü öldürmüşük, bəs terrora qarşı siz nə iş görmüşünüz?”

Nazir Faruk Özlü və AKP millət vəkili Bakın sözlərindən sonra iclasın sədri başqa iştirakçılara söz verərək onları müzakirə olan məsələlər barədə danışmağa və sual verməyə dəvət edib.


Müəllif:

Oxşar xəbərlər