20 Noyabr 2016 19:52
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada gələn il keçiriləcək parlament seşkilərində iştirak edəcəyini açıqlayan kansler Angela Merkel baş nazir postu uğurunda yarışacağını bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi Xristiyan Demokrat Birliyindəki (CDU) qaynaqlara istinadən məlumat yayıb. Merkelin 2017-ci ildə keçiriləcək seçkilərdə dördüncü dönəm üçün baş nazir postuna namizəd olacağı rəsmən təsdiqlənib.

Merkel 2000-ci ildən bəri partiyanın baş katibidir. 2005-ci ildən isə baş nazir postunda əyləşib. O, yenidən seçilərsə Almaniyanın tarixində ən uzunömürlü kansler olacaq.

Ayxan


Müəllif:

Oxşar xəbərlər