Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama Asiya-Sakit okeanı iqtisadi əməkdaşlıq sammiti çərçivəsində qısa söhbət ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya liderinin müşaviri Dmitri Peskov məlumat verib.
"İclasın əvvəlində onlar bir-birilərini salamladılar və çox qısa söhbət etdilər", - deyə o bildirib.
Peskov liderlər arasındakı söhbətin məzmunu barədə açıqlama verməyib.