22 Aprel 2014 23:58
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada 7.5 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, paytaxt Mexikodan 500 km aralıda baş verən təbii fəlakət ölkədə böyük panikaya səbəb olub. 30 saniyə davam edən təkanlar daha çox ölkənin qərb bölgələrində hiss olunub.

Zəlzələ nəticəsində ölüm və dağıntının olması haqqında dəqqi məlumat verilməyib.

Xatırladaq ki, Meksikada 1985-ci ildə də güclü zəlzələ baş verib. 8.1 bal böyüklüyündə olan zəlzələ 6 min insanın həyatına son qoymuşdu.

Uğur


Müəllif:

Oxşar xəbərlər