25 Noyabr 2016 10:59
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya Parlamenti Türkiyəyə silah satışının qadağan olunması ilə bağlı qərar qəbul edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Avstriya Yaşıllar Partiyasının nümayəndəsi Berivan Aslan məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsi parlamentdə təmsil olunan 6 partiya tərəfindən birgə hazırlanıb. Bununla Avstriya Türkiyəyə silah satışında embarqo qoyan ilk ölkə olacaq.

Avstriya partlamentinin üzvləri qərara səbəb kimi Türkiyədə iyulun 15-də baş verən hərbi çevrilişdən sonra həyata keçirilən kütləvi həbsləri göstəriblər.

Samir


Müəllif:

Oxşar xəbərlər