25 Noyabr 2016 11:40
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ümid edirik ki, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin tikintisi bu ilin sonu və ya növbəti ilin birinci yarısında yekunlaşacaq".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda çıxışı zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

Azərbaycanın mərkəzdə yerləşdiyini deyən C.Qurbanov ölkənin beynəlxalq nəqliyyat dəhlizlərinin də mərkəzi ola biləcəyini qeyd edib.

C.Qurbanov gələcəkdə Azərbaycan dəmir yollarının inkişafı çərçivəsində Astara-Yalama
istiqamətində də dəmir yollarının da tam yeniləcəyini deyib.


Müəllif:

Oxşar xəbərlər