İranın dəstəklədiyi husi qiyamçıları ilə Səudiyyə Ərəbistanın başçılq etdiyi beynəlxalq koalisiyanın döyüşdüyü Yəməndə 14 milyon dinc sakin aclıqdan əziyyət çəkir.
“Report” “Al-Jazeere”yə istinadən xəbər verir ki, bunu YUNİSEF-in Yəməndəki nümayəndəsi Məhəmməd Əsədi bildirib.
Onun sözlərinə görə, ölkədə 1,5 milyon uşaq yetərincə bəslənmir: "Onların 3-də biri açlıqdan əziyyət çəkir. Yəmənin Hudey bölgəsində yüz minə yaxın uşaq normal səviyyədə qidalanmadığı üçün ölümcül vəziyyətdədir”.
Qeyd edək ki, Dünya Bankının 2013-cü ildə yaydığı məlumata əsasən, ölkə əhalisinin sayı 24,41 milyon nəfər olub.