2 Yanvar 2017 16:57
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarğa Rusya-Estoniya sərhədini keçməyə çalışan estoniyalının pasportunu oğurlayıb. Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin Şimal-Qərb Gömrük İdarəsi məlumat yayıb. Hadisə Leninqrad vilayətinin İvanqorod avtomobil buraxılış məntəqəsində baş verib.

Gömrük prosedurundan keçən Estoniya vətəndaşı pasportunu təqdim edib. Bu an qarğa qəflətən uçaraq pasportu götürüb və sürətlə uzaqlaşıb. Hadisə gömrük postu rəsmilərinin gözü önündə baş verib. Onlar vətəndaşa kömək etməyə çalışsalar da cəhdləri fayda verməyib. Olay yerinə polis çağrılıb və pasportun itməsinə dair elan verilib. İvanqorod polis idarəsində vətəndaşa Estoniyanın Sankt-Peterburqdakı konsulluğunun ünvanını veriblər. Estoniay vətəndaşı yeni pasportun alınmasından sonra Rusiyanı tərk edə bilib.

Pasport iki gündən sonra tapılıb. Qarğa onu keçid məntəqəsindən çox da uzaq olmayan ərazidə yerə atıb. Sənəd yararsız hala düşüb. Belə ki, qarğa onun bir vərəqini cırıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər