ABŞ-ın “Gallup” sosioloji araşdırmalar şirkətinin sorğusuna əsasən, amerikalıların yarısından azı ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın prezident öhdəliklərini yerinə yetirə biləcəyinə əmindir.
"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, respondentlərin 46%-i Trampın beynəlxalq böhranın öhdəsindən gələcəyini, 47%-i onun hərbi qüvvədən müdrik şəkildə yararlanacağını 44%-i isə öz administrasiyasındakı qalmaqalların qarşısını ala biləcəyini hesab edir.
Xəbərdə qeyd olunub ki, 10 amerikalıdan 7-si Barak Obama, kiçik Corc Buş və Bill Klintonun qabiliyyətinə etimad edib.