6 Yanvar 2017 12:21
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstandan 9 yaşlı qızına işgəncə verən ana valideynlik hüququndan məhrum edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 2016-cı il dekbarın 27-də Almatıda yeniyetmələrin işini araşdıran xüsusi məhkəmə Asel Torecigit barəsində belə bir qərar verib.

Asel Torecigit heç bir məhkəmə iclaslarına qatılmayıb.

Onun qonşusu Olqa Zaxaropulonun sözlərinə görə, zərərçəkmiş qız Astanaya, babasının yanına göndərilib.

Zorakılıq faktını Olqanın oğlu Andrey Zaxaropulo ictimailəşdirib. O, bir mərtəbə aşağıda yaşayan Asel Torecigitin özünün və qızının qışqırtılarını yazaraq görüntü ilə internetə yerləşdirib. Andrey Zaxaropulo hadisəni belə danışıb: "Hər şey 2015-ci ilin oktyabrında Asel bizim qonşuluğa köçəndən sonra başaldı. Onun qızının qışqırtısını eşitdim: "Ana, lazım deyil!" Qızın üzündə həmişə zədə yerləri olurdu".

Asel Torecigit isə özünün Feysbuk səhifəsində baş verənləri qonşu paxıllığı ilə izah edib və böhtanla üzləşdiyini deyib.

Qəddar ana valideyn hüququndan məhrum edilməklə yanaşı 200 saat məcburi ictimai işlərə də cəlb olunub.

MAHİR


Müəllif:

Oxşar xəbərlər