Türkiyə İraqla PKK mövzusunda razılığa gəlib.
Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, bunu İraq baş naziri Heydər Əl-İbadi ilə görüşdən sonrakı mətbuat konfransında Türkiyə baş naziri Binalı Yıldırım deyib.
Binalı Yıldırım Əl-İbadiyə müraciətlə bildirib ki, bu günlərdə "PKK-nın İraq ərazisindən Türkiyəyə zərər yetirməsinə imkan verməyəcyik" açıqlaması çox önəmlidir: "Bundan böyük məmnuniyyət duyduq".
Binalı Yıldırım İraqın ərazi bütövlüyünün Türkiyə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Türkiyə rəsmisi İraqın Sincar əyalətində PKK ilə birgə mübarizə aparılacağını deyib: "Bizim üçün terror hardan gəlir-gəsin eyni şeydir. Sincar Türkiyəyə ən böyük təhdiddir və bu təhlükənin aradan qaldırılması üçün birgə çalışacağıq".
MAHİR