7 Yanvar 2017 23:38
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayandan sonra Rusiya ilə münasibətləri necə quracağına dair sualları cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Tramp Tvitter hesabında qeyd edib ki, iki ölkə arasında münasibətlərin pozitiv yöndə inkişafı üçün səylər göstərəcək: "Yalnız axmaq adamlar Rusiya ilə yaxşı münasibətlər qurmağın pis olduğunu düşünə bilər. Vəzifəmi yerinə yetirməyə başlayandan sonra Rusiya ABŞ-a daha çox sayğı göstərəcək".

Qeyd edək ki, ABŞ kəşfiyyatı Trampın prezident seçilməsi üçün Rusiyanın seçki prosesinə müdaxilə etdiyini açıqlayıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər