8 Yanvar 2017 10:58
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, onun rəhbərliyi zamanı Moskva Vaşinqtona daha çox hörmət edəcək, nəinki indi.

Teleqraf.com xəbər verir ki, Tramp bu barədə öz “Twitter” səhifəsində yazıb. O, fikirlərini belə ifadə edib: “Rusiya ilə yaxşı münasibətlərə malik olmaq yaxşıdır. Yalnız “səfeh” adamlar və ya axmaqlar bunu pis hesab edirlər. Dünyada kifayət qədər problemlər var. Mənim rəhbərliyim zamanı Rusiya ABŞ-a daha çox hörmət edəcək, nəinki indi və hər iki ölkə dünyada olan bəzi problemlərin üzərində birgə işləyəcək”.


Müəllif:

Oxşar xəbərlər