Türkiyə Baş naziri Binəli Yıldırım və Şimali İraq Kürd Regional rəhbəri Məsud Bərzani birlikdə cəbhə bölgəsinə gedirlər.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yıldırım və Bərzani İraqın Ərbil şəhərindəki Zərdik dağında İŞİD-ə qarşı mübarizə aparan peşmərgə qüvvələrini ziyarət edəcək.
Zərdik dağı İŞİD-lə ən çox qarşıdurma yaşayan bölgədir.