Yeni ilin ilk günü İstanbulun "Reina" gecə klubunda törədilən və 39 nəfərin həyatına son qoyan terror aktı ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Teleqraf.com "Star" qəzetinə istinadən xəbər verir ki, araşdırmalar zamanı hadisəni törədən İŞİD terrorçusu Əbdülqadir Maşaripovun tək olmadığı ortaya çıxıb.
Qətliama görə məsuliyyəti İŞİD üzərinə götürsə də, cinayətdə Fətullahçı Terror Təşkilatının və əncəbi ölkə kəşfiyyatının əli olduğu müəyyənləşib:
"Əldə olunan sübutlara görə, hadisəni 3-ü silahlı olmaqla 7 terrorçu törədib. Hadisə yerindən tapılan gilizlərin də 3 ayrı silaha aid olduğu bildirilib. Həmçinin, terrorçular əvvəlcədən müəyyən edilmiş şəxslərə atəş açıblar. Terrorçulardan biri qadın olub.
İşlərini bitirdikdən sonra tertrorçular "Flash Bang" adlanan və bir neçə dəqiqəlik insanın görmə qabiliyyətinin itməsinə səbəb olan bomba partladıblar. Bu bomba dünyanın 2 ölkəsində istehsal olunur və son olaraq, “Mavi Mərmərə” hücumunda istifadə edilib.
Araşdırmalar zamanı diqqət çəkən əsas məqam əyləncə mərkəzində 2012-ci ildən bəri təhlükəsizliyi təmin edən "Deltavip" şirkətidir. FETÖ əməliyyatları zamanı şirkətin rəhbəri Orhan Özcan həbs olunub. Bu isə hadisədə FETÖ izinin olduğunu bir daha sübut edir".
Samir