Türkiyədə Qaziantep polis idarəsinə silahlı şəxslər hücum edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, baş verən silahlı toqquşma zamanı 1 polis məmuru yüngül xəsarət alıb, 1 terrorçu öldürülüb, 2 silahlı isə qaçmağa müvəffəq olub.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Hadisədən sonra bölgədə anti-terror əməliyyatı başlayıb.
Samir