Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, danışıqlar zamanı liderlər Astaanda keçiriləcək Suriya toplantısına hazırlıq və Suriyada atəşkəsə əməl olunması məsələlərini müzakirə ediblər.
Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada Suriya toplantısında iştirak edəcək tərəflərin tam müəyyən olunmadığını bildirib. O deyib ki, bununla bağlı danışmaq hələ tezdir.
Qeyd edək ki, Türkiyə və Rusiya ötən ilin dekabrın 30-dan Suriyanın bütün bölgələrində atəşkəsin tətbiqi məsələsində razılığa gəliblər.
Samir