13 Yanvar 2017 22:52
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın səhiyyə və idman naziri Suzanne Lie şəxsi məqsədlər üçün etdiyi səfərləri dövlət hesabına gerçəkləşdirdiyi üçün vəzifəsindən azad edilib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, məsələ ilə bağlı yaranan qalmaqal nəticəsində nazir istefa verib. Avstraliyanın baş naziri Malcolm Turnbull xanım Lienin istefasını qəbul etdiyini bildirib.

"Avstraliyalılar siyasətçilərin vergi ödəyicilərinin pullarını və dövlət vəsaitini etik norlmalarda xərclənməsinə əmin olmaq haqqına sahibdirlər " - deyə baş nazir vurğulayıb.

Son illər ərzində Avstraliyada belə qalmaqallar dəfələrlə baş verib. Buna görə də ölkənin baş naziri parlamentarilərin xərclərinə nəzarət etmək üçün yeni müstəqil orqanın yaradılması
barədə qərar qəbul edib.

İstefaya gedən nazirin özü isə 2015-ci ilin mayında səfərə gedən zaman kurortda daşınmaz əmlak almağı əvvəlcədən planlaşdırmadığını bildirib.

Səfərin sonunda isə xanım Lie investisiya məqsədilə 795 min Avstraliya dolları (585 min ABŞ dolları) məbləğındə sövdələşmə imzalayıb.

Xanım Lie istefa açıqlamasında qaydalara və etik normalara diqqətlə riayət etməyə çalışdığını bildirib. Yaranan qalmaqalın dövlətə ziyan vurduğunu və cəmiyyətdə qıcıq yaratdığını bildirən nazir istefaya getmək barədə qərar qəbul edib.


Müəllif:

Oxşar xəbərlər