"Qərbin anti-rusiya sanksiyaları əks təsir göstərdi və rus xalqı öz prezidenti ətrafında birləşdi".
Teleqraf.com xarici mediaya istinadən xəbər veri ki, bunu Ümumdünya İqtisadi Forumunda jurnalistlərə ilk dəfə müsahibə verən ABŞ-ın seçilmiş prezidenti Donald Trampın müşaviri Entoni Skaramuççi deyib:
"Siz rus xalqını məndən yaxşı tanıyırsız. Sanksiyalar ruslara əks təsir göstərdi. Düşünürəm ki, ruslar yaşamaq üçün qar da yeməyə hazırdır. Sanksiyaların nəticəsində rus xalqı prezidenti ətrafında sıx birləşdi. Barak Obama administrasiyasının Rusiyaya qarşı sanksiya siyasəti çox uğursuz oldu. Fikrimcə, bizim masa ətrafında bunları müzakirə etmək imkanlarımız olacaq".
Samir