Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında İtaliyanın mərkəzi hissəsində 5,3 bal gücündə zəlzələ baş verib.
Yayılan yeni məlumatlara görə, ölkədə daha iki güclü yeraltı təkan qeydə alınıb. Maqnitudası 5,6 və 5,7 bal olan zəlzələlərdən sonra paytaxt Romada metro stansiyaları, məktəblər, nazirlik binaları və ticarət mərkəzləri boşaldılıb.
Roma rəhbərliyindən verilən açıqlamada evakuasiyanın təhlükəsizlik məqsədi daşıdığı bildirilib. Hələlik dağıntı və tələfatlarla bağlı heç bir məlumat yoxdur.
Saat 14:43
İtaliya səhəri güclü yeraltı təkanlarla açıb.
Teleqraf.com RaiNews24 telekanalına istinadən xəbər verir ki, zəlzələnin episentri Marke və Abrutso vilayətlərinin mərkəzinə düşüb.
5,4 bal gücündəki təkanlar mərkəz Romada da hiss edilib. Dağıntı və ya tələfatla bağlı məlumat verilmir.
Samir