19 Yanvar 2017 15:15
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın paytaxtı Tehranda yanğın nəticəsində çökən 17 mrətəbəli bina ilə bağlı yeni məlumatlar yayılıb. 

 

Bildirilib ki, yanğın binanın 9-cu mərtəbəsində baş verib. Dərhal hadisə yerinə 200 nəfərlik yanğınsöndürmə briqadası cəlb edilib. Uçqun zamanı ölənlər də yanğınsöndürənlərdir. 

 

Hadisədən sonra bina yaxınlığında yerləşən Türkiyə, Almaniya və İngiltərə səfirlikləri təhlükəsizlik səbəbindən boşaldılıb. 

 

Saat 14:00

 

İranın paytaxtı Tehranda 17 mərtəbəli bina çöküb.

Teleqraf.com "Əl Cəzirə"yə istinadən xəbər verir ki, Türkiyənin İrandakı səfirliyi yaxınlığındakı binada plastik və tekstil atelyeləri yerləşib.

İlkin məlumatlara görə, olay zamanı ən azı 30 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. İran televiziyasının xəbərində binanın baş verən güclü yanğından sonra çökdüyü bildirilib. 

Binanın 1960-cı ildə inşa etdirildiyi açıqlanıb. 

Samir

 

Bina çökmə anlarını özündə əks etdirən videonu təqdim edirik:


Müəllif:

Oxşar xəbərlər