Əl Qaidə təşkilatının liderlərindən biri Məhəmməd Həbib Bossadun əl Tunisi Suriyanın İdlib şəhərində öldürülüb.
Axar.az xəbər verir ki, terrorçu ABŞ Hərbi Hava Qüvvələrinin yanvarın 17-də təşkil etdiyi hücum zamanı zərərsizləşdirilib.
Pentaqonun mətbuat katibi Peter Kuk məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, Əl Tunisi terrorçuların Qərbdəki hədəflərə qarşı hücumların həyata keçirilməsi üzrə əsas koordinatorlardan biri olub.
Terrorçu Suriyaya 2014-cü ildə gəlib. Bunadək isə o, bir neçə il Avropa və Yaxın Şərq ölkələrində yaşayıb və digər ekstremistlərlə əlaqədə olub.