Meksikada başı kəsilmiş 7 nəfərin meyiti aşkarlanıb.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" Kolima ştatının baş prokurorluğuna istinadən məlumat yayıb.
Məlumata görə, cəsədlər Kolima ştatının Mansanilo kurort, port şəhərində tapılıb.
Cəsədlər bir neçə saat əvvəl qaçırılmış taksi maşınında aşkarlanıb. Avtomobil Mansanilyodakı yola atılıb.
Cəsədlərdən biri qadın, beşi kişiyə məxsusdur.
Qətlin narkomafiya qruplarından biri tərəfindən həyata keçirildiyi ehtimal olunur.