23 Yanvar 2017 20:22
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının (TŞ) dəyişdirilməsi təklifi ilə çıxış edib.

Trend-in məlumatına görə, R.T.Ərdoğan bu quruma 20 ölkənin daxil olmasını təklif edib.

Türkiyə prezidenti deyib: “Mən dünya ictimiayyətini birləşməyə və BMT-də islahatlar keçirməyə çağırıram. BMT Təhlükəsizlik Şurası üzvlərinin daimi və müvəqqəti üzvlərə bölünməsini ləğv etmək lazımdır”.

R.T.Ərdoğan BMT TŞ-da təmsil olunacaq 20 ölkənin hər iki ildən bir dəyişməsini də təklif edib.

Qeyd edək ki, hazırda BMT Təhlükəsizlik Şurasına 5 daimi, 10 müvəqqəti üzv daxildir.


Müəllif:

Oxşar xəbərlər