ABŞ prezidenti Donald Tramp konqresmenlərlə görüşündə ötən ilin noyabrın 8-də baş tutan seçkilərdə səsvermə zamanı Demokratların nümayəndəsi Hillari Klintona uduzmasının səbəblərini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, buna səbəb kimi seçkidəki qanunsuzluqları göstərib: "Klinton qanunsuz formada səs verənlərin köməyi ilə qalib gəldi".
Məlumatlara görə, Tramp görüşdən əvvəl hər iki partiyanın nümayəndələri ilə prezident seçkilərinin nəticələrini müzakirə edib.
Qeyd edək ki, səsvermənin nəticələrinə əsasən, Klitnon Trampda 3 milyon səs çox toplayıb. Ancaq seçilmişlərdən 304 nəfər Trampı, 227 nəfər isə Klintonu dəstəkləyib.
Samir