Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün telekanallar vasitəsilə xüsusi müraciət edib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Nazarbayev konstitusiya islahatları ilə bağlı referendumun keçiriləcəyini bildirib.
O, prezidentin 40-a qədər səlahiyyətinin hökumət və parlamentə verilməsini təklif edib.
Nazarbayevə görə, prezident daha çox milli təhlükəsizlik, xarici siyasətlə məşğul olacaq.