27 Yanvar 2017 14:45
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında sabah baş tutacaq telefon danışığı zamanı liderlərin hansı məsələləri müzakirə edəcəkləri məlum olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Putin Trampı vəzifələrinin icrasına başlaması münasibəti ilə təbrik edəcək: "Əlbəttə, liderlər iki ölkə arasındakı münasibətləri müzakirə edəcəklər. Bu cür zənglərdən hər hansısa nəticə gözləmək doğru olmazdı. Gəlin, səbrli olaq".

Samir


Müəllif:

Oxşar xəbərlər