27 Yanvar 2017 22:10
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın xarici işlər naziri Frank-Valter Steinmeier istefa verib.

Prezident Joaçim Gauk onun istefasını qəbul edib və keçmiş iqtisadiyyat naziri, Sosial-demokrat partiyasının sədri Sigmar Gabrieli xarici işlər naziri vəzifəsinə təyin edib.

Dövlət başçısının iqamətgahında keçirilən mərasimdə kansler Angela Merkel də iştirak edib.

2013-cü ildən xarici işlər naziri vəzifəsində çalışan Frank-Valter Steinmeier prezidentlik uğrunda mübarizə aparacağına görə istefa verib.

Merkelin rəhbərlik etdiyi “Xristian Demokrat İttifaqı – Xristian Sosial İttifaqı” bloku ötən ilin sonlarında onun prezidentliyə namizədliyini irəli sürüb.

Prezident seçkisi fevralın 12-də keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər