28 Yanvar 2017 10:49
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ müsəlman mühacir və miqrantların ölkəyə daxil olmasını dayandırıb.

Prezident Donald Trampın yanvarın 27-də imzaladığı fərmanla ikinci təlimata qədər Suriyadan qaçqın qəbulu dayandırılıb, bütün qaçqın müraciətlərinə baxılması 4 ay müddətinə təxirə salınıb. Həmçinin Amerikanın illik qəbul edəcəyi qaçqın sayı 110 mindən 50 min nəfərə endirilib.

ABŞ ictimaiyyəti uzun müddət idi Trampın atacağı addımları müzakirə edirdi. Hətta insan hüquqlarının müdafiə təşkilatları qaçqın və mühacirlərlə bağlı prezident Trampın mövqeyini kəskin tənqid edirdi. Bütün bunlara rəğmən Ağ-Ev “Qaçqınların ölkəyə qəbulunu məhdudlaşdıran və immiqrant məsələsində qatı təhlükəsizlik prosedurları” adlı fərmanı ictimaiyyətə açıqladı.

ABŞ Dövlət Departamentinin icra etdiyi “Mühacir Qəbulu Proqramı” isə 120 gün müddətinə təxirə salınıb. Göstərilən müddət başa çatdıqdan sonra yalnız DİN, XİN və Milli Kəşfiyyat idarəsinin ortaq təsdiq edəcəyi ölkələrdən qaçqın qəbul etmə prosesinə başlanacaq.

Cavad


Müəllif:

Oxşar xəbərlər