Rəsmi Tehran ABŞ prezidenti Donal Trampın viza qadağasından sonra bu ölkənin İranda diplomatik xidmətlərini həyata keçirən İsveçrə səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
İran XİN İsveçrə səfiri vasitəsilə ABŞ-a etiraz notası göndərib. Notada Trampın qərarının insan haqlarına zidd olduğu və iki ölkə arasında onsuz da zəif olan münasibətləri daha da gərginləşdirəcəyi qeyd olunur.
Ayxan