Ukrayna prezidenti Petro Poroşenko Almaniyanın "Berliner Morgenрost" qəzetinə müsahibə verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, jurnalistin ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv edə biləcəyi ilə bağlı sualına Poroşenko belə cavab verib:
"Siz bilirsiz, sanksiyaların ləvğini ən çox kim istəyir? Prezident Poroşenko. Ancaq ilk növbədə, Rusiya öz qoşunlarını bizim torpaqlarımızdan çıxarmalıdır. Bununla Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək".
Müsahibə zamanı Poroşenko Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı referendum keçirmək fikrində olduğunu deyib: "4 il əvvəl Ukraynanın NATO-ya üzvlüyünü əhalinin 16 faizi dəstəkləyirdi. Hazırda bu, göstərici 54 faizdir. Əgər səsvermədə ukraynalılar referendumda üzvlüyün lehinə səs versə, mən əlimdən gələni edəcəyəm".
Samir