ABŞ ilə Şimali Koreya arasında münasibətlər gərginləşir. Cənubi Koreyaya səfər edən ABŞ müdafiə naziri Ceyms Mattis keçirdiyi mətbuat konfrasında Pxenyana xəbərdarlıq edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, Şimali Koreyanı nüvə sınaqlarından çəkinməyə çağırıb:
"ABŞ və ya müttəfiqlərinə qarşı bütün hücumlar dəf ediləcək. Nüvə silahından istifadəyə lazımi cavablar veriləcək. Rəsmi Pxenyan bu kimi fəaliyyətlərindən çəkinməlidir".
Samir